BƏXTİYAR VAHABZADƏ – LƏZZƏTİ – AĞRISI

Standard

baxtiyar vahabzade

Gülün ləçəyində od varaq-varaq,
Bilmirik hardandır bu rəng, bu ətir.
Gül də iztirabdan doğulur, ancaq
Rəngi də, ətri də yanmaqdan gəlir.
Yanır önümüzdə ocaq gürhagur,
Biz də qızınırıq alışan oda.
Bilmirik, ağacın can ağrısıdır
Alışan kösöyün alovları da.
Oturub evində yalnız həzz üçün
Şerimi oxuyan oxucum,
Düşün!
Sənin ürəyinə istilik verən
Bu duyğu, bu alov hardandır, görən?
Düşün, sən düşün!
Ətrimi iylədin, rəngimi gördün.
“Gözəldir” – dedin!
Ancaq bilmədin,
O rəng, o ətir
Böyük bir yanğıdan bircə qətrədir.
Oxu dərin dərin, duy dərin-dərin,
Ey mənim könlümü təftiş edənim.
Duysan, bilərsən ki, bu şeirlərin
Ləzzəti sənindir, ağrısı mənim.

İyul, 1982

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma