Yadındamı bir günəşli yaz günü,
Bu sahili qoşa gəzib, dolaşdıq.
Necə keçdi vədə-vaxtı bilmirəm,
Günü vurub başa gəzib, dolaşdıq.
Nə biləydim hər addımın izində,
Oğrun-oğrun acı hicran gəzişir.
Dalğalanan göy dənizin üzündə,
Ağ köpüklər qəmdən nişan gəzişir.
Dayanmışam bu sahildə tək-tənha,
Xatirələr dönür mavi dənizə.
Həsrət ilə boylanıram bir daha,
Qəmli-qəmli baxan mavi dənizə.
Advertisements