Afaq Şıxlı – MƏNİ ÖZÜMDƏN SORUŞ

Standard

afaq shıxlı32

Saxlama ayağını
təsadüfən bir kimsə haqqımda danışında.
Soruşma əhvalımı
dostundan, tanışından.
Bir neçə ömür keçib
Bir neçə dünya dəyiş,
Ayır beşcə dəqiqə,
Məni özümdən soruş,
Bilsən də ki, çox zaman acı olur həqiqət;

Məndən soruş, sevgilim,
Hara yoxa çıxıbdır gecələrin yuxusu?
Niyə qəmə qərq olub o bənövşə qoxusu?
Sənə açdığım sirlər kimlərə deyilibdi,
Sənsiz ölən sətirlər nə çətin can veribdi?
Saçlarımın baharı qarlaramı qarışıb,
Dəyanətli təkliyim xəyanətlə barışıb?..
Yad təmasla isinib buzlayan əllərim də,
Ruhumun ağrısından diksinib tellərim də?..
Sən onu məndən soruş,
Yalanların acısı necə çıxıb canımdan?..
Qəlbimi yara-yara
Son ümid karvanları hara ötüb yanımdan?

Dərdimin ünvanısan! –
Məni eşitmək üçün
Bir neçə ömür keçib gəlmək istəməsən də!
Acı olur həqiqət…
Yaman olur həqiqət,
Bilmək istəməsən də!

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma