Heyran Xanım – Qəzəllər

Standard

025

Zülfini çün arizə ol mah pərişan eylədi
Rövzeyi-firdövsi guya sünbülüstan eylədi

Naz ilən etdi nigəh bir növ ilə ol məhliqa
Öldürüb aşiqlərini, gör necə qan eylədi?

Çün baxıb əhvalıma, etdi təbəssüm naz ilən
Qönçeyi-baği-behişti gör nə xəndan eylədi

Çün təbibim ol iki yaquti etdi dürfəşan
Ruh verdi qəlbimə, dərdimə dərman eylədi

Yar çün əğyar ilə etdi təkəllüm lütf ilə
Könlümün dərdü qəmi mövc etdi, tufan eylədi

Gördü çün əğyarilən didarını sərgərmi-naz
Dideyi-xunbarimi gör kim, nə tüğyan eylədi

Qaşü göz, həm ləli’-meygun, xali-hindu, zülfi-gəc
Sərv qəddin göstərib Heyranı heyran eylədi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma