Vüsal YURDOĞLU – QAYIT GƏL

Standard

Vüsal YURDOĞLU

Uzaqdaykən dolub həsrət gözümə,
Bu günəcən gəlməmişəm özümə.
Gözləmişəm vura-vura dizimə,
Gözləyirəm mən hələ də, qayıt gəl!…

Qayıt mənə, gəl, gözümün işığı,
Dərinləşir ürəyimin uçuğu.
Düşəcəyəm uçurumdan aşağı,
Olacağam eşq qurbanı, qayıt gəl!…

Qar əriyib, yaz da geri qayıdır,
Əriməyən sənsizliyin qarıdır.
Dünya nakam aşiqlərlə doludur,
Qayıt, nakam qoyma məni, qayıt gəl!…

Batacaqdır eşqimizin gəmisi,
Kirlənəcək ruhumuzun təmizi.
Ürəyimdə bir arzu var cəmisi,
Ümidimdən üzmə məni, qayıt gəl!…

Mən özümə qayıdaram qayıtsan,
Mən sözümə qayıdaram qayıtsan.
Gəlib çıxsan, ürəyimi ovutsan,
Çıxıb getsən, dillənərəm, -“Qayıt gəl!”

Sən havamsan, mənəm sənin havalın,
İtib gedib gözümdəki xəyalın.
Daha dözmür tənhalığa Vüsalın,
Mələk gözlü, ürəyimə qayıt gəl!…

19.02.2012.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma