İlkin Xaliq – Sevgi

Standard

Ilkin Xaliq

Sən siqaret kimi idin,
Yandırdım, çəkdim səni.
Ciyərlərimdən savayı
Hər yerdən sökdüm səni.

Xərçəngə döndün canımda,
Sardın məni büsbütün.
Sənin olmaq istəyirdim,
Yem oldum sənin üçün.

Alıb qanımın al rəngin
Kəfən kimi ağ etdin.
Böyüməkçün vücudumu
Ən münasib bağ etdin.

Xoşbəxtəm ki, yenə səni
Məni yemək yaşadır.
Əhdinə qurban, sar məni
Ölümümüz qoşadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma