BABA BƏY ŞAKİR – QOŞMALAR

Standard

IMG_8534

Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə dada, ay mədəd!

Diyari-qürbətdə mən bəxtiqarə,
Bir dərdə düşmüşəm, bulunmaz çarə;
Bilsəm, badi-səba yetirər yarə,
Çəkərəm bir qəlbi səda, ay mədəd!

Sübhü şam gözümdən tökərəm qanlar,
Görüb yar, müsahib üzümti danlar…
Hər diyara qəflə işlər, yaranlar,
Gələn yoxdur bu bərbada, ay mədəd!

Gözdən saldım gözəllərin cəmini,
Yəqubun bağladım dərdü qəmini,
Seyü-əşkim tutdu ruyi-zəmini,
Tapmadım, əyləşəm, ada, ay mədəd!

İzn olmadı, qucam incə belindən,
Öpəm dodağından, əmam dilindən.
Mən Şakirəm, bir zalımın əlindən,
Cavan ömrü verdim bada, ay mədəd!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma