Habil Yaşar – Xəbər al…

Standard

habil yashar1

Sorursan ömrümdən nələrim gedib,
Nələrim olub ki, nələrim gedə.
Mənim bu taleyim qara yazılmış,
Çətin ki, zülmətim işığa dönə.

Mən kədər şairi, qəm şairiyəm,
Dərdləri özümə həmdərd bilmişəm.
Nə zaman sevinib, gülümsəsəmdə,
Mən dərd yaşamışam, dərd düşünmüşəm.

Soruşma dərdimi, soruşma dostum,
Sən bu dərdlərimi bilən deyilsən.
Mənim dərdlərimdə səadətimdir,
Sən bu səadətdən gülən deyilsən.

Heç kəsə, heç zaman arzulamaram,
Heç kəsin sevinci dərddən olmasın.
Bu dərdin sevinci ağırdır ancaq,
Olan mənə olsun, sizdən olmasın.

Mən sizə danışdım mən kiməm, nəyəm,
Mənim kimliyimi məndən xəbər al.
Mən bu yer üzündə bir divanəyəm,
Nələr çəkdiyimi qəmdən xəbər al.

One response »

  1. Habil Yaşarın yaradıcılığı ilə bir başqa saytdan tanışam, bəyənirəm lirikasını. Bir şeirini də mən təqdim edim:

    Bir az sən düşmüsən yadıma mənim,
    Bir az da özümü unutmuşam mən.
    Yenə qara geyib xatirələrim,
    Yenə sənsizlikdən od tutmuşam mən.
    *****
    Yenə adamlardan uzaqlaşmışam,
    Qəribə görünür sevənlər mənə.
    Özüm öz içimdə itib-batmışam,
    Cəhənnəmə gülsün gülənlər mənə.
    *****
    Yenə gözlərimin yuxusu qaçıb,
    Yenə rahatlığım çəkilib dara.
    Hər səhər yoxluğun üzümə açıb,
    Daha dərinləşir içimdə yara.
    *****
    Bu da bir ömürdü yaşayırıq bz,
    Nə edək taledən qaça bilmirik.
    Sevgiylə döysə də ürəklərimiz,
    Vüsal yollarını aşa bilmirik.
    *****
    Bir az da sənsizlik dəyişib məni,
    Deyirlər yamanca kövrək olmuşam.
    Dostlar təriflərdi cəsarətimi,
    İndi bir yarpaqdan titrək olmuşam.
    *****
    Bir azlar, bir azlar bitib-tükənməz,
    Saysam, dərdim kimi azalmayacaq.
    Yazdığım şerlər karıma gəlməz,
    Nə qədər yazsam da, sən olmayacaq.

    Habil Yaşar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma