Elçin Aslangil – Yağış xanıma

Standard

003 (2)

Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə,
Bir yağış xanıma meylini salıb.

Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bu axşam tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də.

Gör necə oxşayır dodaqlarımı,
Həsrətim yağışın tamından boylu.
Göylərin ətrini üzümdən alan,
Bir gözəl abrımı islağa qoydu.

Lap tezdən günəşin gözündən uzaq,
Bir əlçim telini jalə yaşlasın.
Səni oğurladım baxışlarımla
ki, səhərlər günüm səndən başlasın.

Bu axşam küsəyən qızcığaz kimi,
Göylərin gözləri süzülən oldu.
Gecənin qoynundan tərləyən yağış,
Bir parça şeirə düzülən oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma