Yaşar Süleymanlı – DƏLİ QIZ

Standard

IMG_7992

Hardan gəldin taleyimə, baxtıma,
Gəlib çıxdın sevgi adlı taxtıma,
Nə salmısan məni gözü çıxtıma,
Dəli- dəli, dəli-dəli, Dəli qız…

Gah ağlayıb, gah gülürsən, şaşam mən,
Elə bilmə səbir adlı daşam mən,
Az qalıram əsəbimdən coşam mən,
Olam dəli, dəli-dəli, Dəli qız…

Söz edirsən nə söyləsəm sözümü,
Küsüb gedib, yaş edirsən gözümü,
Bu nə haldır, tanımıram özümü,
Dəli- dəli, dəli-dəli, Dəli qız…

Dilin şirin, dilin acı, nə bu hal,
Gülən üzün yenə oldu, yenə al,
Aman Allah yetər saldın qalma-qal,
Dəli- dəli, dəli-dəli, Dəli qız…

Süleymanlı sənə dəli, sən dəli,
Gözəl dəli, şıltaq dəli, şən dəli,
Sən dəliylə axır oldum mən dəli,
Dəli- dəli, dəli-dəli, Dəli qız…

22.05.2015

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma