Dünyamin Memmedov – ÖMRÜN YOL AYRICINDA QƏRİB DÜŞÜNCƏLƏR

Standard

kuğu2

Məhəbbəti deyim necə,
axı sözlə demək olmur…
Nəğməyə də sığmır axı,
axır qəlbə damla-damla!…

Şeir olmur-oxuyasan,
bilmək üçün sevməlisən…
Öz könlündən ilham alıb,
onu sehir bilməlisən!…

Bunu yaxşı bilir aşiq,
deyə bilmir eşqi ancaq…
Coşub-daşır duyğuların,
nəğmə olur qucaq-qucaq…

Ömrümüzün zirvəsidir,
altmış ili aşdım belə…
Zirvələrdə oldum- axı
eşqin ilə coşdum belə…

Bu eşq yanar-Günəş oldu,
nur payladı ömrümüzə…
Milyon dəfə şükr eylədik,
gülüm,xoşbəxt günümüzə!…

Bəlkə,cəmi altmış anmış,
ay əzizim,keçən illər…
Balalardır bu ömürdə,
qönçələyib açan güllər!…

Hələ birgə günlərimiz,
bəxş olacaq yenə bizə!…
Biz birlikdə gedəcəyik,
ay əzizim,hələ yüzə!…

Sən həyatım,sən ilhamım,
bir ömürlük səadətim…
Yazacağam hələ qəlbdən,
sən olduqca məhəbbətim!…
Var olduqca məhəbbətim!…

18.09.2014.Ağdaş

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma