MAHNI – AZƏRBAYCAN QIZIYAM!

Standard

Mən bu elin qızıyam, anamdır Azərbaycan
Mən onun sinəsinə,sinərəm zaman zaman
Böyüyüb boy atmışam,saf suları qanımdır.
Uca dağı vüqarım,torpağı dərmanımdır.

Fərhad dağda külünglə,surətimi qazırdı
Şirin sədaqətini tarixlərə yazırdı
Qərib bir xəzərliyəm,Koroğlunun Nigarı
Nəbiyə Həcər olub, dolanmışam dağları.

Demirəm bir dənəyəm
Gözəllik ulduzuyam
Hər evin öz evladı
Azərbaycan qızıyam.

Bur torpaq gözlərimə, öz rəngindən rəng veribdir
Səsimə öz səsindən, sular ahəng veribdir
Ay verib ayrısını, lalələr dodağımı
Günəş şəffəqlərilə, boyayır yanağımı.

Fərhad dağda külünglə,surətimi qazırdı
Şirin sədaqətini tarixlərə yazırdı
Qərib bir xəzərliyəm,Koroğlunun Nigarı
Nəbiyə Həcər olub, dolanmışam dağları.

Demirəm bir dənəyəm
Gözəllik ulduzuyam
Hər evin öz evladı
AZƏRBAYCAN QIZIYAM!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma