Xurşidbanu Natəvan – Qəzəl

Standard

Xurşidbanu Natəvan11 Oqtay Sadıqzade

Nədəndir səndə əylənməz güli-dövran, xuda hafiz.
Mənə həm gəldi getmək növbəti, yaran, xuda hafiz!

Cahanda olmadı bir də görəydim mah rüxsarın,
Nə qədri cəhd qıldım, olmadı imkan, xuda hafiz!

Neçin sən tərki-mehr etdin, vəfadən əl çəkərlərmi?
Məgər əhdv vəfa etməz məhi-xuban, xuda hafiz!

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə,
Xəyalilə keçirdim ömrümü nalan, xuda hafiz!

Nə səbrü taqətim qaldı, və əqlü huş bilmərrə,
Onunçün çeşmi-pürxunum olur giryan, xuda hafiz!

O gün kim məhşəri-kübra olur, vəhm et o gündən kim,
Tutub dərmanını dildən çəkim əfqan, xuda hafiz!

Üzüb əl Natəvan candan ki, ta ümmidi-vəsl etməz,
Dili qəmgin, çəkər pürxun, olub suzan, xuda hafiz!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma