Saqif Qaratorpaq – BU DÜNYA

Standard

Saqif Qaratorpaq

Ötən günü yuxu bildik,
Azı qandıq, çoxu bildik.
Bu dünyanı yuxa bildik, –
Yeyənmədik.
Fətir-fətir yedi bizi bu dünya.

Bir yiyəsiz yabı gördük.
Su saxlamaz qabı gördük.
Yağış yağdı – qapı gördük,
Döyənmədik.
Çətir-çətir döydü bizi bu dünya.

Yalanı da gerçək oldu,
Əlimizə əlcək oldu.
Qara torpaq pencək oldu, –
Geyindik…
Qəbir-qəbir geydi bizi bu dünya.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma