Şirin Xanım Kərimbəyli Şadiman – ÇANAQQALA

Standard

çanakkale 57.piyade alayı

(Ey türk torpağlarına şəhid düşən,
məkanın cənnət olsun!)

Ruhumuzun qürur yeri, Çanaqqala,
Ürəklə bir vurur yeri, Çanaqqala…

Üstümüzə gələn azğın yolun sapdı,
Qorxu bilməz igidlərin silah qapdı,
Süngülərlə düşmənlərin bağrın çapdı,
Varlığımız dincliyini səndə tapdı,

Sən titrətdin ərzi-göyü, Çanaqqala,
Nərə çəkdin, kəsdin heyi, Çanaqqala.

Yerlər-göylər bir-birinə dəydi o gün,
Əskərlərin qurd ürəyi yedi o gün,
Paltarını süngülərdən geydi, o gün,
Yağıların bayraqların əydi o gün,

Türkə sönməz çıraq oldun, Çanaqqala,
Tarixinə varaq oldun, Çanaqqala.

Türkü əymək istəyənlər vaya düşdü,
Yer titrədi başlarına qaya düşdü,
Bütün dünya için çəkdi, haya düşdü,
Qan sıçradı, ulduzlara, Aya düşdü,

Ət bədənlər çəpər oldu, Çanaqqala,
Şəhidlərlə için doldu, Çanaqqala.

O qanların izi qalıb ürəklərdə,
Fəryadları cövlan edir fələklərdə,
Əskərinin səsi gəzir küləklərdə,
Mərtəbəsi əlçatmayan mələklərdə,

Məzarına baş əyirik, Çanaqqala,
Qəhrəmana can deyirik, Çanaqqala.

Türkiyənin bağırından baxan diyar,
Osmanlını ağırınla yaxan diyar,
Düşmənlərin axırına çıxan diyar,
Ucalardan qürur ilə baxan diyar,

Bugünümüz sənə borclu, Çanaqqala,
Müsəlmana şərəf taclı, Çanaqqala.

Başı uca millətinin Vətənisən,
Numusunun, qeyrətinin Vətənisən,
Anaların heyrətinin Vətənisən,
O kişilik sərvətinin Vətənisən,

Ay-ulduzlu sancağın var, Çanaqqala,
Al qırmızı ruhuna yar, Çanaqqala.

Sən şərəfli tarixinlə öyünməkdə,
Türk deyənin sinəsində döyünməkdə,
Xainlərin yalanlarla deyinməkdə,
Yenə türkün əleyhinə şər dinməkdə!

İgidlərin bu gün də var, Çanaqqala,
Vətən adlı torpağa yar, Çanaqqala!

Atatürkün şərəf dolu hərb meydanı,
O möhtəşəm İnsan uddu qan-qadanı,
Göylərində qanad açır ruhu, canı,
Torpağının güllərində şəhid qanı,

Hayqırtısı dağda-daşda, Çanaqqala,
Ürəklərdə yeri başda, Çanaqqala.

Bütün dünya heyran olub şöhrətinə,
Yığışırlar hər il sənin izzətinə,
Allah özü aşiq olub zəhmətinə,
Bu Şadiman canın verər millətinə,

Heç sönməyən çırağımız, Çanaqqala,
Bir milləttək sorağımımız, Çanaqqala.

23.04.2015

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma