Mirzə Ələkbər Sabir

Standard

Mirzə Ələkbər Sabir18

Sən beləsənmiş, balam, ay barakallah sənə!
Fisq imiş əmrin taman, ay barakallah sənə!

Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin eğləbi,
Ləğvu əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, teleqram, ay barakallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağın taxsana!
Ta ki, desin xasü am: ay barakallah sənə!

Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə gözündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin,
Vermərəm artıq salam, ay barakallah sənə!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çapmayır yoxsa bu bidinləri –
Surəti hər sübhü şam, ay barakallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
“Filükə filül-həram”, ay barakallah səne!
Ağzına olsun qadam, ay barakallah sənə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma