Cəfər Cabbarlı – Mən bir solmaz yarpağam

Standard

“Od gəlini” pyesindən

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.
Mən səninçin ömrüm boyu cəfalara dözərəm,
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən bir sönməz ulduzam ki, daim işıq saçaram,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçaram,
Mən bir saqlı aləməm ki, sevgilərdir açaram.
Sənsiz günəş görünməsin, qaralara boyansan,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparam,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparam!
Arar, arar, arar, arar, axır səni taparam;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansin,
Oxu, bülbül, bəlkə yarım oyansın!..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma