Elman Tovuz – MƏNLİK DEYİLMİŞ

Standard

elman tovuz3

Mən də gəldim bu aləmə,
Qucaq açdım dərdə, qəmə.
Yolçunun yol dərdi, demə,
Dumanliq, çənlik deyilmiş!

Yeridim, baxmadim dala…
Dağ – dedim qalxdığım yala.
Demə, hər gül bitən tala
Hələ çəmənlik deyilmiş!

Dedim bağ salım, becərim,
Bar yetirim, bəhər dərim.
Göyərmədi əkdiklərim,
Bəlkə də dənlik deyilmiş!

Baxdım sola, baxdım sağa,
Baxırlar kefə, damağa…
Mən də girdim oynamağa,
Heç demə, şənlik deyilmiş!

İçimdə hey yaz savaşım,
Ayıldım ki, qardı başım…
Ay topuğa dəyən daşım,
O, sapand sənlik deyilmiş!

Gəldim gördüm bu aləmi,
Bir ömürlük dərdi, qəmi.
Ağla məni, ay “Kərəmi”,
Bu dünya mənlik deyilmiş…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma