İlqar Fəhmi

Standard

İlqar Fəhmi2

Gecə ruhumda yanan şam ki, sönər sakitcə,
İsti göz yaşı donub, daşa dönər sakitcə.

Tək buraxmam səni, ölsəm də əgər kölgən olub,
Daim ardınca xəyalım sürünər sakitcə.

Sərsəri duyğularım diqqəti cəlb etmək üçün,
Yenə şer adlı libasın geyinər sakitcə.

Gecə göylərdə soyuqdurmu ki, mən yandıqca,
Atəşim üstə mələklər isinər sakitcə.

Bu qədər qəm yükünü çəksə də biçarə ürək,
Səsi çıxmaz, gecə-gündüz döyünər sakitcə.

Nakam aşiqlərinin ruhudu, qar şəklin alıb,
Saçına qonmaq üçün göydən enər sakitcə.

Kimsəsizlik soyuğundan büzüşəndə Fəhmi,
Yenə eşq oduna yarım, bürünər sakitcə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma