Samir Şirinov – Nəyimi sevmişdin, nəyimi mənim

Standard

088

Bir yanan atəşin közü olmadın
Ağlayan eşqimin gözü olmadın
Saldım necə ciğir izim olmadın
Nəyimi sevmişdin, nəyimi mənim

Xoş keçdi günlerin, mən heç gülmədim
Etdiyin səfləri gördüm, dinmədim
Hər gecə düşündüm, inan bilmədim
Nəyimi sevmişdin, nəyimi mənim

Hər gün damla-damla küsdüm həyatdan
Sanki, bir lələk tək düşdüm qanaddan
Bircə gün keçməliş çıxdımsa yaddan
Nəyimi sevmişdin, nəyimi mənim

Dikdin gözlərini yerə, dinmədin
Axdı yanağına yaşlar silmədin
Soruşdum gedərkən, deyə bilmədin
Nəyimi sevmişdin, nəyimi mənim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma