Şəhriyar İbrahimov – Səndən sonra

Standard

025

Heç bilmirəm yaşayırsan nə sayaq.
Ömrün-günün ötüşürmü kədərsiz?
Ayrı şəhər, ayrı həyat, yad ocaq,
Bir birindən xəbərsizik,xəbərsiz…

Yanaqlarım gündə yüz yol yuyulur,
Ürəyimdə alovlanan ocagsan.
Bədənimdə ətrin hələ duyulur,
Gozlərimə üfüq qədər uzaqsan…

Həsrət yükü çiynimdədir ölüncə,
Boğazımdan bircə loxma getməyir.
Ümidləri cücərdirəm her gecə,
Göz yaşımla suvarıram, bitməyir…

Ayı-ilə,günü-günə satıram,
Sinəm üstə daş asıram gecələr.
Quru quru xəyallarla yatıram,
Yaş yastıqla oyanıram hər səhər…

Daşlara mı tuş gəlibdi eşqimiz?
İndi kimi qucaqlayır o qollar?
Gündə yüz yol görüşərdik axı biz,
Çarmıxamı çəkilibdi o yollar?

O yollara gözüm qalıb dikili,
O yollardan umacağım var hələ,
Şeirlərim boynu qalıb bükülü,
Bax beləyəm səndən sonra, bax belə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma