Rüzgar MÖVSÜM – Dolabımdakı qalıqların…

Standard

Rüzgar MÖVSÜM1

Yazırsan
“Hərdən çox peşmanam ki,
indi məndən uzaqdasan.
Amma fikir etmə daha,
onsuz da unudacaqsan.”

Yazırsan
“Eşitdim son vaxtlar çox pisləşmisən.
Sən gəl, bu arağın başını boşla.
Səni atdığım üçün fikir edirəm.
Çox xahiş edirəm, məni bağışla.”

Yazırsan
“Az iç, ciyərin yenə də başlar.
Əynini qalın et, yağır yağışlar.”
Yazırsan
“Az çək siqaret zəhrimarı.
Hərdən bir həkimə get görsən barı.”

Dinmirəm.
Gedəndən özümə susmağı öyrətmişəm.
Sənin məndə qalan qalıqlarını
balaca dolabımda mən gizlətmişəm.

Yazırsan
“Özünə baxmasan, canım,
sağlam düşüncəni itirəcəksən.
Qurşanıb zülmət gecələrə
Sən içməklə özünü bitirəcəksən”

Gülürəm.
Axı, mən Sənə cavab yaza bilmirəm.
Mən ki, dünən gecə xəstəxanada
Adını sayıqlayıb sonra ölmüşəm.
Dünən göndərdiyin bu məktubunu
Bu gün poçt qutumdan mən götürmüşəm.

Nə deyim?
Hərdənbir qəbrimə gəlib deyərsən.
Bizə baş çəkib qalıqlarını
balaca dolabımdan Sən götürərsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma