Mikayıl Müşfiq – Könlümün dedikləri

Standard

Mikayıl Müşfiq21

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Hələ bunlar nədir ki…
Mənim könlüm deyir ki,
HƏYAT ONDAN KÜSƏNLƏRİ İNCİDƏR.
Möhkəm dəzgah, şirin əmək,inci tər
Hələ qarşımızdadır!
Babam derdi: “Keçən günə gün çatmaz!”
Mənim könlüm bu sözlərə heç yatmaz.
O düşünüb deyir ki,
Hələ bunlar nədir ki…
Ay işığı, dolu ürək, yaşıl bağ,
Qızğın günəş, sərin çeşmə, qarlı dağ
Hələ qarşımızdadır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma