Bəxtiyar Vahabzadə – TƏZƏDƏN

Standard

baxtiyar vahabzade

Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən.
Ayrılıq günləri, hicran günləri
Uzandı…
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq.
Cövrü yadda qalır, qəm unudulur.
Sevən könüllərçün, gülüm, uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur.

Yağış dayandımı?
Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.
Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm, təzədən səni.
Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü,
Ayrı bir adamsan, gülüm, hər dəfə
Vüsalın əvvəli, hicranın sonu.
Teleqraf kağızı… kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür, ancaq
Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz?
Sənin də yerinə danışıram mən,
Qoy olsun, qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!
Həsrət, ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,

Həsrət ayrılıqdan uzun olunmuş…
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq, görüşlə bitir… tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.

Bil, yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma