Hacıbala Səfərov – Əriyən saatlar

Standard

hacıbala seferov

(Dali üçün)

gecә saat üçdür,
saatın әqrәblәri
hәyatın ölümsüzlük fәlsәfәsini
yox etmәklә mәşğuldur.
ilahi yorğunluq çöküb şәhәrә
vә insanlar üzәrinә.
yayın istisindә, asfaltdan
buxarlanır ortası cırıq
uşaq ayaqqabısının kәdәri.
gecә saat dörddür,
saatın әqrәblәri
dünәnin yaddaşını qurdalayır
vә hәmişә geriyә boş dönür,
çünki burda dünәnlәr bugünün,
bugünlәr sabahın eynisidir.
insanlar eyni ümidlә yatıb,
eyni kәdәrlә oyanırlar.
gecә saat beşdir,
saatın әqrәblәri,
qaranlığın “fatihә” surәsini oxuyur.
dәstamaz alınıb,
bilmәdiyin dildә dua oxunur.
tanrı insana hansı dildә
ibadәt tövsiyә etsә dә,
insan tanrıya ana dilindә and içir.
elә buna görә dә,
insan xoşbәxtliyi
ananın yemәyi soyudan dilindә gizlәnir.
gecә saat altıdır,
saatın әqrәblәri
özünü asmaq istәyәn gәncin
ayaqlarının altıdır.
bir daha günәşi görmәk ümidi
“mәni bu saatın әlindәn qurtarın”
demәyin ekvivalenti,
ölümdәn qorxmağın özüdür.
saat – ölümә sevgi,
günәş şüaları – hәyata sevgidir.
insanın әlindә olsaydı,
sevә-sevә fotosintez edәrdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma