Bakıda keçirilən Beynəlxalq Poeziya Festivalı

Standard

ANAR

Martın 19-dan etibarən Bakıda keçirilən Beynəlxalq Poeziya Festivalı çərçivəsində Alman-Azərbaycan Mədəniyyət Mərkəzi olan Kapellhausda “100 dəqiqə şeir” adlı tədbir keçirildi. Adalet.az xəbər verir ki, poeziya şölənində dünyanın 8 ölkəsini təmsil edən şairlərlə yanaşı, Azərbaycan ədəbi mühitinin tanınmış simaları, eləcə də gənc şairlər iştirak edirdilər. Öncə tədbiri açıq elan edən Azərbaycan Yazıçılar Birlyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullağlu qonaqları salamlayaraq 3 bayram: 21 mart – “Ümumdünya Şeir Günü”, 22 mart BMT “Ümumdünya Su Resursları Günü”, eləcə də Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdi. S. Babullaoğlu qeyd etdi ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Su mövzusunda” 1-ci Bakı Beynəlxalq Poeziya Festivalının devizi olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misraları seçilib. Onun sözlərinə görə, apreldə festival materialları əsasında poeziya antologiyası hazırlanacaq. Həmin antologiyada dünyanın 20 ölkəsinin ədəbiyyatından su mövzusunda seçmə şeirlər, ədəbi mətnlər və esselər yer alacaq. Müxtəlif şeir və mətnlər isə Azərbaycan dilinə Elçin Mirzəbəyli, Yusif Savalan, Tahirə Cəlilova, Fərid Hüseyn, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Günel Şamilqızı, Könül Həsənqulu və Səlim Babullaoğlunun tərcüməsində yer alacaq.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qonaqları hər 3 bayram münasibətilə təbrik edərək festivalın gedişatına uğurlar dilədi, təşkilati dəstək verən qurumlara minnətdarlığını bildirdi. Xalq yazıçısı hətta Bakının yağmurlu havasının belə sanki su mövzusunda keçirilən poeziya festivalını simvolizə etdiyini vurğuladı. Tanınmış türk şairi Ataol Bəhramoğlu fürsətdən istifadə edərək xalq yazıçısını bu günlərdə qeyd etdiyi ad günü münasibətilə təbrik edərək Türkiyə ədəbi mühiti adından hədiyyə təqdim etdi.

Öz növbəsində Ataol Bəhramoğlu da Azərbaycan və Türkiyə ədəbi mühitinə verdiyi töhfələrə görə, Mədədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu ilə təltif edildi.
Tədbirin bədii hissəsində qonaq və yerli şairlər bir-birindən gözəl şeirlərini səsləndirdilər. Finlandiyadan Tomi Kontio Kalevi, Ukraynadan Marianna Kiyanovska, Rusiyadan Sergey Qlovyuk, Belorusdan Tatyana Sivets, Serbiyadan Milisa Liliç, Özbəkistandan Saodat Muxammadova, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə ilə yanaşı yerli şairlərdən İlqar Fəhmi, Səlim Babullaoğlu, Qulu Ağsəs, Əjdər Ol, Yusif Savalan, Fərid Hüseyn, Günel Şamilqızı öz şeirlərini oxudular. Çıxış edən qonaq şairlər fəxri diplomlarla təltif olundular.
Tədbirdə, həmçinin, müasir şairlərlə yanaşı Azərbaycanın görkəmli şairləri – Rəsul Rza, Mikayıl Müşfiq və Əli Kərimlidən də mövzuya dair şeirlər səsləndirildi.

Tədbir Ataol Bəhramoğlunun tanınmış gitara ustası və ifaçı Haluk Çətinin müşayiəti ilə oxuduğu şeirlərlə yekunlaşdı.

Sonda qonaqlar xalq yazıçısı Anarla birlikdə xatirə şəkli çəkdirdilər.

Xaqtırladaq ki, Festivalın gündəliyinə əsasən Quba və Xaçmazda qiraətlər keçiriləcək, “Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbi debatlar, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər birliyiilə görüş və poeziya axşamı, eyni zamanda turistik yerlərə gəzintilər təşkil olunacaq.

Festival martın 23-də yekunlaşacaq.

http://www.adalet.az/w61911/100_d%C9%99qiq%C9%99lik_poeziya_bayram%C4%B1_/#.VREpkPmsVj-

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma