Afaq ŞIXLI – ÇANAQQALAM

Standard

afaq shıxlı16

Hüsnünə həsrətəm, uzaqlardayam,
Gün düşməz yollardan keçə bilmirəm!
Yenə mən qəribəm – günləri sayan,
O günəş nurundan içə bilmirəm,
Çanaqqalam!

Açam pəncərəni xoş ətrin dola,
Köksümə çəkdikcə göylərə uçam.
Qoynunda beləcə bəxtəvər olam,
Sevginə beləcə qəlbimi açam.

Saat qülləsinə söykənib duram,
Zamana qarışa can, keçib gedə…
Bəxtin əqrəbini geriyə buram,
Bu nisgil, ayrılıq yan keçib gedə…

Dola boğaz boyu şeirlə, sözlə,
Tər çiçək qoparam sahil bağından.
Bölüşəm sevgimi iki dənizlə,
Gözlərim yaşara doğmalığından.

Sabaha “gəl” deyəm, “varlığın xeyir!”
Sirli gecələrin ovuda məni.
Kədər bulud kimi ötdükcə bir-bir,
Amansız ruzigar unuda məni.

O gözəl “Yalova”, o “Keyfi Sefa”…
Ya da ki, “Balıqçı”, “Doyum”, “Manzara”…
Anıb o yerləri, ruhum hər dəfə
Azad duman kimi çökə yollara.

Qürbət gözəlsə də, soyuq və ögey!
Qəribdən savayı kim anlar bunu?
Bir yandan Mərmərə, bir yandan Egey,
Bu şair qızına aça qoynunu!

“Çimənlik” qalası əl edə mənə,
Unudam kədəri, unudam qəmi!
Mərdlik dərsi verə qarı düşmənə,
Sahilə yan almış möhtəşəm gəmi!

Tale yox deməyə könlüm deyənə,
Bəxtimlə istəyim barışa barı!
Mavi sular üstdən üz tutam yenə
“Dur yolçu” yazılan təpəyə sarı.

…O günəş nurundan uzaqlardayam,
Bitməyən həsrətə necə dayanım?
Elə mən qəribəm – günləri sayan,
Mənim can vətənim, mənim al qanım!
ÇANAQQALAM!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma