İntiqam Yaşar – Bu şəhər yağışı neynir, İlahi.

Standard

İntiqam Yaşar

Bu şəhər yağışı neynir, İlahi,
Qəm yağır gözündən adamlarının.
Hamının yerinə and içim: yoxdu
Xəbəri özündən adamlarının.

Düşməmiş ağıza, dilə asırlar,
Qərarı bir qansız ələ asırlar.
Özləri bilmədən elə asırlar,
Özünü sözündən adamlarının.

Bir ömür xəyala dala baş açmaz,
Yan-yana beş başı ola, baş açmaz.
Dalınca yeriyən bala baş açmaz
Saldığı izindən adamlarının.

Hər şey bütövləşib bir tam olacaq,
Onda biz istəyən əyyam olacaq.
Bir gün ayrılanda bayram olacaq,
Əlləri dizindən adamlarının…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma