Oktay Hacımusalı – Sözü gətirənlə söhbətim

Standard

oktay hacımusalı

Göydən bizə Söz göndərən,
Ağzın şirin olsun, şirin!
Təbəssümlə yol göstərən,
Ağzın şirin olsun, şirin!

Sözlərlədir taleh, qədər,
Astanada dursa kədər,
Sən varsan, kədər də hədər,
Ağzın şirin olsun, şirin!

Sözün ensə qalaq – qalaq,
Misralanar varaq – varaq.
Eşqə həyan, arxa, dayaq,
Ağzın şirin olsun, şirin!

Hallar gələr halım üstə,
Çıxıb dursam yolun üstə.
Çöldəsən… Söz qolun üstə,
Ağzın şirin olsun, şirin!

Mən ki, ömrü verdim yelə,
Düzəlmərəm indən belə…
Götür, ağzın şirin elə!…
Ağzın şirin olsun, şirin!

1 mart 2015

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma