Cabir Novruz

Standard

cabir novruz10

Nə biləydim, dünya belə dönəcək,
Fələk cövlan edəcəkdir tərsinə?…
Çox şey birdən saralacaq, sönəcək,
İndi keçdim bu dəhşətli dərsi mən…

Azərbaycan hamımıza bir evdir,
Hamımıza süd veribdir min illər…
Nə biləydim, axı necə biləydim,
Vətəni nə icmalara bölürlər?!

Ayırırlar doğmalara, yadlara,
Ayırırlar hər ostanı, oymağı…
Şah İsmayıl eşit, gorun çatlasın,
Min bir yerə parçalanıb torpağın…

Nə biləydim, axı necə biləydim,
Bəlkə bildiklərim nağıldır…
Nə millətsiz vəkilləri görəydim,
Nə də meydan şəbihinə baxaydım…

Vallah bunlar bir oyuna oxşadı,
Kim deyərdi gələr elə zəmanə?..
Pislər birdən dönə bilər yaxşıya,
Yaxşılar da dönə bilər yamana.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma