Samir Şirinov – Səni sevmək üçün..

Standard

çiçek4

Səni sevmək üçün bir ömür deyil
Min ömrüm olsaydı verərdim sənə
Ömrümü çiçək tək yığıb toplayıb
Düzərdim bircə-bir qara telinə

Sən dəniz olaydın mənsə qağayı
Elə hey uçardım başının üstə
Sən qaya olsaydın mamır olardım
Sənin o çınqıllı daşının üstə

Bu eşqdən alışıb sən şam olaydın
Dönərdim başına pərvanələr tək
Leylinin eşqindən ilham alsaydən
Düşərdim çöllərə divanələr tək

Kaş ki, barmağında üzük olardım
Gəzib ,oxşayaydım barmaqlarını
Kaş ki, dodağında boya olardım
Öpərdim ömürlük dodaqlarını

Səni sevmək üçün bir ömür deyil
Min ömrüm olsaydı verərdim yenə
Səni sevmək üçün bir könül deyil
Min könlüm olsaydı verərdim sənə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma