Hamlet İsaxanlı – Uşaqlıqda qalan buludlar

Standard

029

Bìr uşaqdım, vurulmuşdum
Asta yağan yağışlara.
Həsrətlì bìr sevgìm vardı
Dağ başına düşən qara.
Bìr uşaqdım, vurulmuşdum
Göydə gəzən buludlara.

Buludlar nə buludlardı…
Tutulardı, açılardı.
Gülən günlərì də vardı,
Göz yaşı da axıdardı…
Mən yerlərdə, o, pərvazdı,
Duyulmamış bìr avazdı,
Möcüzəydì, əlçatmazdı…

Köç eylədìm ìldən ìlə,
Qanad açdım eldən elə.
Dünyada bìr axın oldu,
Uzaq yerlər yaxın oldu.
Yolum düşdü buludlara,
Ìçìndən çox keçìb getdìm,
Üstündə çox xəyal etdìm.
Sevìnmədìm bu güzara,
Könül düşdü ìntìzara…

Aman allah, gördüklərìm
Buluddumu, dumandımı?
Tarladırsa, nə dümağdı?
Ya göylərə qarmı yağdı?
Bìr tüstümü, bìr nəfəsmì,
Uşaqlıqdan gələn səsmì?
Bəlkə keçmìş buludların
Alışıb cìsmì yanıbdır,
Küsmüş ruhu oyanıbdır?…
Bu gerçəkmì, gümandımı?
Mən sadìqəm o günlərə,
Əhdì pozan zamandımı?

Uşaqlıqda qalan bulud
Kövrək uşaqlığım kìmì
Dìlləndìrdì sarı sìmì,
Varlığıma kölgə saldı.
O buludlar, o uşaqlıq
Daha gerì dönməz oldu,
O ìz ürəyìmdə qaldı,
O məhəbbət sönməz oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma