Elşad Ərşadoğlu – GÖZ YAŞI

Standard

cenan gözyaşı

Qız, yaman gözəldi qaş-qabağın da ,
Kirimə, elə qal ağlamağında.
Ağla, xeyiri var ağlamağın da,
Gözlər göz yaşında təmiz olurlar.

“Yaş yorğun gözlərin axan təridi.”
Göz yaşı qadının dövlət varıdı.
Kövrək anaların göz yaşları da,
Qızları köçəndə cehiz olurlar.

Kim almır ki, dərdi-qəmi vecinə,
Hamı təslim olur qəmin gücünə.
Kimi çölə ağlar, kimi içinə,
Çölə ağlayanlar əziz olurlar…

…Sən bir işə bax ki, mən bilə-bilə,
Yenə də özümü saldım müşkülə.
Nədənsə ən sadə mətləblər belə,
Durub düşündükcə qəliz olurlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma