Məmməd İsmayıle həsr elədiyi seir
De kimlərin ahı tutubdu bizi,
Kimin qarğışına keçmişik, Məmməd?
Ağlımızmı çaşıb qərib ölkəni,
Özümüzə vətən seçmişik, Məmməd?
Qapım yoxdu döyə ağacdələnlər,
O evi- eşiyi bada vermişəm.
Ana ocağını, ata yurdunu,
Özüm öz əlimlə yada vermişəm…
Advertisements