Ona dərd söyləsən danışma uzun,
Yazılı kitabdır onunçün üzün.
Oxuyar fikrini o bir baxışda,
Bilər bahardasan, ya da ki, qışda.
Duyar qəhərlənmiş tutqun səsindən,
Gözündə kipriyin titrəməsindən.
Qayğısız ötənlər olmuş yanından,
Tək çıxa bilmirsən dərd ümmanından.
Təbiət insanı yaratmayıb tək,
İnsanı insana göndərib kömək.
Sən varkən, onunçün söz nəyə gərək!
O sözsüz oxuyur canlı kitabı.
İnsan iztirabı, insan əzabı
Onda əks etməsə göz nəyə gərək?
Çapmır o hər yana söz səməndini,
Bir sözlə, yüz sözün açır bəndini…
Ömürdən bizlərə verilən illər,
Mənasız keçməsin qoy heç bir anın.
Böyüdək vətənə müdriknəsillər,
Müdriklər elidir Azərbaycanım!
Advertisements