ALMAS İLDIRIM – MƏNİM İNCİM

Standard

almas ildirim2

Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,
Mən bir inci tapmıŞdım Qafqasların* içindən,

Oynadarkən, əlimdən düşdü torpağa incim,
Nerdə mənim gəncliyim, nərdə mənim səvincim?
Duymadım, uçdu getdi o məndən çox uzağa,
Taleh quşum başından enib düşdü tuzaga.†
O zamandan ki, mənim öz incimi çaldılar,
Sanasan ki, eşqimi, sevincimi çaldılar…

Olunca öz yurdundan, torpağından, daşından,
Gənc bir şair nə anlar, baharından, qışından?
Nəyləyim mən ruhumu çox istəyən günəşi,
Harda mənim ilahım, harda könlümün eşi,‡
Mən nə ədem günəşin doğub ta batdığını,
Önümə zəhər saçan bir gün yaratğını,
Mən o gündən nə sevinc, nə bir həvəs bilirəm,
Yabançı mahnılarla ağlayıram, gülürəm!..

*Müəllifin imlası imkan daxilində qorunmuşdur.
† Tuzaq – tələ, tor.
‡ Eş – ekiz, bərabər, tay-tuş, yoldas, yar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma