Nəbi Xəzri – SUALSIZ CAVABLAR

Standard

Ganja, Azerbaijan1

– Mən behişt ətirli Lənkərandanam,
– De ki, qiyam etmiş bir məkandanam!

– Mən Qarabağlıyam, eşitsin cahan!
– Qarabağ varmı ki, qürurlanasan?

– Mənə də deyirlər igid Gəncəli,
– Ordan başlamırmı yurdun cəncəli?

– Mənə mehribandır Tovuz, Qazax da.
– Onlar uzaqdadır, qalsın uzaqda!

– Borçalı elindən gəlmişəm mən ki,…
– Xaricdə doğulan əcnəbisən ki?!

– Qəbələm paytaxtdır qədim yurduma!
– Mirzə Səfər demiş: – gəl, min boynuma!

– Şəki torpağında doğulmuşam mən,
– De, Hacı dayıya dost olmuşam mən!

– Mən ki, dağ vüqarlı Kəlbəcərdənəm
– Söylə ki, satılmış qızıl yerdənəm.

– Məndə Cəfər gücü, Müşfiq sözü var!
– Bir-iki gül ilə olmayır bahar!

Bir bölgə vardır ki, onu tapın siz,
Orda doğuldunuz – bəxtəvərsiniz!

Sizindir ən uca vəzifələr də,
Adınız zər-ziba səhifələrdə.

– Demək istədim ki, Bakılıyam mən,
Demədim, bir ağrı qopdu sinəmdən.

Dünən səadətdi Bakılı olmaq,
Bu gün qəbahətdi Bakılı olmaq.

Ölkəmin hər yeri mənə əzizdir,
Çünki Vətən bizim taleyimizdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma