Oktay Hacımusalı – Marala söykənib yatan Türk cocuğuna

Standard

oktay hacımusalı

Sən könül mülkündə sonuncu nəfəs,
Qıyıq gözlərində dan yeri sökür.
Coşur damarda qan, oyanır həvəs,
Düşmənin üzünə qaranlıq çökür.

Yatırsan yuxunda çapar görməyə,
Sənə yel qanadlı xəbər gətirsin.
Yatırsan ağacdan ALMA dərməyə,
Almalar həsrəti sona yetirsin.

Yuxunda Sibirdən bir günəş doğur,
Əridir damlardan sallanan buzu.
Bir qurd ulartısı gətirir uğur,
Birləşdirir Qıpçaq ilə Oğuzu.

Marala söykənib yatışan çocuq,
Sahibsən inan ki, böyük bir gücə.
İndi buralarda qalalar uçuq,
Hər tərəf, hər tərəf qaranlıq gecə.

Amma, sabah… Sabah sənin əlində,
Görürəm qovursan yamanı, pisi.
Səslənir budur bax, yenə dilində,
Qanlı savaşların zəfər şərqisi.

Canınla, qanınla bağlı ol yurda,
Uzaq üfüqlərdən çəkmə gözünü.
Bu uca zirvələr harda var harda?
Əsla aşağıda sayma özünü.

Sonda bir gün minib kəhər atına,
Gəlib seyr edərsən Arazı, Kürü.
Indi ruhun çıxsın Göyün qatına,
Qoy səni qutsasın qutsal Gök Börü.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma