Mövlana Cəlaləddin Rumi – ÜSYAN ETMİŞƏM

Standard

f028

Aya hirslənmişəm mən,
işdə belə qapqaranlıq bir gecə olmuşam
Padşaha qızmışam,
lüm-lüt bir yoxsul olmuşam

Gözəllər sultanı gəl demiş,
evinə çağırmış məni
Mən bir yolunu tapmışam,
yola baş qaldırmışam

Sevgilim baş çəkər, naz etsə,
qəmlərə təyin edər, qərarsız közsə məni,
bir dəfə olsun ah deməm, inad üçün
Aha da qızmışam mən

Bir baxarsan qızılla aldadarlar məni o
Bir baxarsan şanla şərəflə aldadarlar məni
Halbuki qızıl filan istəmiş deyiləm ondan,
şanla şərəfə hələ çoxdan boş vermişəm

Mən bir dəmirim,
maqnitdən qaçıram
Bir saman zibiliyəm mən,
maqnitlərə boyun qaçırmışam

Mən elə bir zərrəyəm ki,
bütün aləmə üsyan etmişəm
Havaya, torpağa üsyan etmişəm,
Atəşə, suya üsyan etmişəm
Altı istiqamətə üsyan etmişəm
Beş duyğuya üsyan etmişəm

Hava, torpaq, atəş, su da nəymiş ki,
altı istiqamət də nəymiş,
beş duyğu da nə
Mənim üçün heç bir şey vecimə deyil

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma