Yaşar Süleymanlı – BU AT BİZİ ÇAPDI GETDİ

Standard

Yaşar Süleymanlı2

Ümüd etdik at ilinə, muratdır,
Dedik bundan sonra işlər babatdır,
Göz açmadan görək bu at nə atdır,
Bu at bizi çapdı getdi ay Allah.

Şahə qalxdı, dəli kimi kişnədi,
Ha neylədik bir kəməndə düşmədi,
Ümüdləri, arzuları dişlədi,
Bu at bizi çapdı getdi ay Allah.

Qəzəbləndi, yüyənini çeynədi,
Ram olmadı, kim çalışdı, neynədi,
Buraxmadı bizdə taqət, hey nədi,
Bu at bizi çapdı getdi ay Allah.

Nə oğullar yəhərindən saldı bax,
Çapdı getdi, viranələr qaldı bax,
Bir ili də bizdən belə aldı bax,
Bu at bizi çapdı getdi ay Allah.

Qoydu qazanc istəyənə bir yalı,
Əvəzində bərbat etdi xoş halı,
Ömrümüzə yamaq vurub dörd nalı,
Bu at bizi çapdı getdi ay Allah.

Satdı görən xəyyaları neçəyə?
At, at dedik, dəyməz imiş, beçəyə,
Möhtac qoyub axır qotur keçiyə,
Bu at bizi çapdı getdi ay Allah,
Bu at bizi çapdı getdi ay Allah…

30.12.2014

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma