Şəhriyar İbrahimov – Hər küçədə bir xatirə

Standard

002

Tənha evin bir küncünə qısılıb.
Xatirələr qırıntısı səpərsən,
Hərdən onun ətri gələn yastığı,
Qucaqlayıb miskin-miskin öpərsən…

Kədər gəlib tez-tez səni yoxlayar,
Bir cüt öpüş dəfn olunar yanağda.
Xatirələr ürəyini oxlayar,
Neçə gülüş lal dayanar dodağda…

Külək əsər,küçələri dağıdar,
Külək əsər,dərdi-səri dağıtmaz.
Xəyal dönər gözlərinə qayıdar,
Ancaq özü birdə geri qayıtmaz…

Hər küçədə bir xatirə, min dilək.
Ögey baxar o küçələr,səkilər.
Ağ saçların payız vuran budaqtək,
Çiyinlərə yarpaq-yarpaq tökülər…

Tək çəkərsən bu sevginin yükünü,
Hər döngədə bir iz gəzər baxışlar.
Xatirələr dolandıqca səkini,
Ürəyinə bir qəriblik bağişlar…

Qəmgin gözdən töküldükcə gilələr,
Ümidlərin göz yaşında boğular.
Otağında tək qalanda gecələr,
Eşq əzabı min çalarda doğular…

Nakam eşqin bu dilbilməz həsrəti,
Dodağından gülüşünü aralar.
Qara bəxtin qara geymiş qisməti,
Neçə yerdən ürəyini yaralar..

Həsrət yükü nə dözülməz,nə böyük,
Ağır olar,çətin olar daşımaq.
Gömülərsən bu əzaba ömürlük,
İndən belə lüzumsuzdur yaşamaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma