Yaşar Bünyad – AGRI

Standard

Yaşar Bünyad

Qardaş – dərdi bölmək üçün yaxşıdır,
Qərib ölkə – gəzmək üçün yaxşıdır,
Vətən – ancaq ölmək üçün yaxşıdır?
Gec olacaq bu hikməti bilməyim?!

Yağılardan əskik olmur torpağın,
Kimə bağın düşüb, kimə dağların.
Üç bölünmüş Vətənimçin ağlaram
Qismətimə düşəcəkmi gülməyim?!

Dözə-dözə bir unutmaq qorxusu,
Ürəyimi yaman sıxır, doğrusu.
Təbriz, Dərbənd, Laçın, Şuşa ağrısı
Sağalarsa, rahat olar ölməyim.

Ümid əkdik, dərd biçəndə ayıldıq,
Oba nədir, yurd köçəndə ayıldıq,
Vətəndə vətənsiz, köçkün sayıldıq,
Dilim-dilim olsun dilim…deməyim?!

Ana yurdum, ey müqəddəs cənnətim,
Çox çəkmişəm qəriblikdə həsrətin.
Baharı da soyuq olur qürbətin-
Ölməyə qoynuna gəlim, gəlməyim?!…

1995 Saratov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma