Könül Həsənqulu – Qarabasma

Standard

Könül Həsənqulu

Vincent Van Gogh üçün

Ağır silahlar girir hər gecə yuxuma
Yad dildə danışan əsgərlər
Atəş açırlar çarpayıma
Üstümdən qırıcı təyyarələr uçur tavanda
Hardansa üst mərtəbədən
Cəsədimə dərman səpir helikopterlər
Hayqırtıma çatlayan divarlardan
Nəhəng traktorlar girir dörd tərəfdən
Şumlayırlar meyitimi…
Qarışdırırlar məni torpağa

Sonra savaş bitir….
Üstümə sular səpilir
Ağrım kəsir
Torpaq olduğum yerdən buğdalar yetişir
Və qarğalar…
Qarğalar uçuşurlar buğdaların üstündə
Bayraqlar sancılır zəmiyə boz rəngdə
Himn və folk mahnılar səslənir əcnəbi dildə…

Sonra buğdalar biçilir…
Uzaqdan burnuma çörək ətri gəlir
Yuxum bitir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma