Oktay Hacımusalı- Yağışlar

Standard

004

Məni bu çöllərdə unudub gedib
Aramsız, durmadan yağan yağışlar.
Həsrətim, nisgilim, kədərimsiniz,
Kövrək nəğmələrdən doğan yağışlar.

Gəlir çadırlardan davul səsləri,
Oyandırır cəmi bilgə kəsləri.
Qırıb dağıdarlar dar qəfəsləri
Kürşad, Mətə, Bilgə Xaqan, yağışlar!

Qurd səsi gəldimi Ergenekondan,
Qılınclar sıyrılır paslanan qından.
Dünya nəsibini alacaq bundan,
Axacaq buludu sıxan yağışlar.

Geriyə gələcək təkrar o çağlar,
Birləşəcək bütün qutsal torpaqlar.
Göyə baş çəkəcək şanlı bayraqlar,
Yerdə qalmayacaq bu qan, yağışlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma