Naibe Yusublu

Standard

015

Bir payız çiskini yuyur dünyamı,
Ruhum bu boşluğun içində əsir.
Qərib durnaların köç karvanıtək
Ötür günlər, aylar… İllər tələsir.

Dumanlı, çiskinli xatirələri
Sürüyür ardınca hey ağır-ağır,
Keçmiş xatirələr yorğunluğunu
Tələsən illərin izindən yığır.

Gizlənir izlərdə ötən duyğular,
Baxıram sabaha ümid yeritək,
Bozumtul dünyanın kor işığında
Sıxılır köksümdə qüssədən ürək.

Tuturam üzümü göylərə sarı,
Əlimi qaldırıb hey dad edirəm,
Yorğun xatirələr sarır dünyamı,
Bu bozluq içində əsir gedirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma