Xeyal Rza – SƏNİ ELƏ SEVƏRƏM Kİ…

Standard

xeyal rza4

Yağış olub, ələnərəm,
Səni elə sevərəm ki…
Ürəyinə bələnərəm,
Səni elə sevərəm ki…

Şirin, körpə dili kimi,
Bülbülün öz gülü kimi,
Ən zırrama dəli kimi,
Səni elə sevərəm ki…

Pak eşqimlə sənə yaram,
Bir başqası mənə haram,
Ehtiyatla, aram-aram,
Səni elə sevərəm ki…

Uzaq olsa qüssə, kədər,
Arzularım olmaz hədər,
Tanrı sevən bəndə qədər,
Səni elə sevərəm ki…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma