Adil Cəmil – MƏN YAŞAMAQ ISTƏDIM

Standard

Adil Cəmil

Bu dünyaya göz açdım, dünya açdı gözümü,
Körpəcə varlığımda gizləndi fil dözümü.
Haqsızların içində haqqa tutdum üzümü,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Uşaqlığım sovuşdu ata-anadan uzaq,
Onlara uzaq oldum başdan-binadan uzaq…
Adamlara uzaqmış demə bu adam, uzaq –
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Gəncliyimə gəlincə öz oduma alışdım,
Bəşərə dil açdıran söz oduna alışdım.
Yavaş-yavaş dünyanın təzadına alışdım,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Saçlarıma dən düzdü illərimin düzümü,
Qəm əydi qamətimi, kədər bükdü dizimi.
Qara buludlar aldı bəmbəyaz gündüzümü –
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Bir də gördüm, ilahi, tayalarım taylanıb,
Gedən ömrüm sən demə gələnlərə paylanıb.
Doğulduğum torpağa yetim-yetim boylanıb,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma