Nəriman Qasımoğlu

Standard

nariman qasimoğlu

Bir xalı üstündəyəm zillənmişəm bir nöqtəyə,
Bəklərəm o vəhyi ki, gəlsin dəmi bir söz deyəm.

İlmə-ilmə salmışam bu xalıya öz ruhumu
Ki, naxış vursun mələklər getdiyim bu səcdəyə.

Gözlərimlə qatmışam əhvalıma naxışları,
Rənglər aparmış məni məndən, gətirmiş vəcdəyə.

Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi,
Göndərir bu məclis yerdən min çalarlı səs göyə.

Öylə aşiq bəndən oldum ki, şaşırdım, bilməzəm
Məclisə rövnəq mən oldum, yaki məclis bəndəyə.

Görklü Tanrım, kim axı Səndən gözəl bir rəng vura,
Kim vura bu Sənli möhrü məndəki bəlirtiyə.

Bax bayılmış Qasımoğlu rənglərindən vəhy alır,
Vaxtdı, qaldır səcdəsindən şerini yazsın deyə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma