Vaqif Bəhmənli – NƏDƏN…

Standard

Vaqif Bəhmənli

Nədən üzüm gülmür həftənin beşi,
Yumşaq ürəyimi sərt eləyirəm.
Nə təhər işdisə, balaca işi
Şişirdib bir yekə dərd eləyirəm.

Guya tapşırmışam atı düşmənə,
Guya sürütmürəm iti düşmənə…
Guya şadlandırıb qatı düşməni
Həssas dostlarımı pərt eləyirəm.

Sonu ayrılıqdı tutsam hər kimi,
Havaya yanıram səməndər kimi…
Guya taleyimi atıb zər kimi
Canımı nahaqdan nərd eləyirəm.

Mənəm bu dünyada bəxtəvər qərib
Tanrı kölgəsini üstümə sərib!
Yüz dəfə, min dəfə mərdlik göstərib
Sonda namərdi də mərd eləyirəm!..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma