Məhəmməd Füzuli – Mürəbbe

Standard

fuzuli5

Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?
Əhd bünyadın mürəvvətdirmi viran etdigin?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qanə-qanə qeyr cami-şövqümi nuş eylədin,
Varə-varə əhdü peymanı fəramuş eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü-peyman etdigin!?

Çərxtək bədmehrlik rəsmini bünyad eylədin,
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
Dönə-dönə bizi qəmnak, özgəni şad eylədin,
Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!?

Könlümüz minbə’d zülfünçün pərişan olmasın,
Bağrımız lə’lin həvasilə dəxi qan olmasın,
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

Və’deyi-vəsl ilə aldın səbrimiz, aramımız,
Olmadı bir gün vüsalından müyəssər kamımız,
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma